Bakıda nəqliyyatın hərəkəti iflic oldu - FOTO

09:05 22-09-2021 11

Paytaxtın bəzi küçə və prospektlərində sıxlıq var.

milletinsesi.info xəbər verir ki, Bayıl qəsəbəsindən Azneft dairəsinə gələn istiqamətdə nəqliyyatın hərəkəti demək olar ki, iflic edilib.

Eyni zamanda, Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsindən başlayaraq, 20 Yanvar dairəsinədək nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən milletinsesi.info-a verilən məlumata görə, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol - hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər, Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində sıxlıq müşahidə edilir.