Mahir Emrelidən mükəmməl qol - VİDEO

22:30 19-09-2021 25

Bu gün əksər Avropa ölkələrində olduğu kimi, Polşanın futbol çempionatlarında da növbəti turun oyunları keçirilib.

Həmyerlimiz Mahir Emrelinin üzvü olduğu “Legiya” Ekstraklassanın 8-ci turu çərçivəsində “Qurnik”lə üz-üzə gəlib.

24 yaşlı hücumçu matçın 79 dəqiqəsində fərqlənərək komandasının qələbəsində pay sahibi olub.

Qarşılaşma “Legiya”nın 3-1 hesablı üstünlüyülə başa çatıb.