Türkiyəli qazi 13 ildir başındakı “Kalaşnikov” gülləsilə yaşayır – VİDEO

20:35 19-09-2021 17

Türkiyədə 19 sentyabr Qazilər Günü kimi qeyd olunur.

Bu münasibətlə “Haber Global” onlardan biri olan Məhmət Əli Küpəli barədə süjet hazırlayıb.

Onun möcüzə nəticəsində sağ qaldığı bildirlib.

Küpəli 2008-ci ildə Diyarbəkirdə PKK terrorçuları ilə mübarizədə başından yaralanıb. Həkimlər “Kalaşnikov” avtomatından açılan və qazinin kəllə sümüyündə ilişib qalan gülləni tərpədmədən yerində saxlayıb.

Məhmət xeyli müddət görmə və yerimə qabiliyytini itirib, lakin sonradan tədricən hər iki problem aradan qalxıb.

Mənbə: “Haber Global”