Rusiya “AstraZeneca” vaksininin istehsalına başladı

06:00 18-09-2021 14

Rusiyanın əczaçılıq şirkəti “R-Pharm” Oksford Universiteti və “AstraZeneca”nın lisenziyası ilə koronavirus peyvəndinin istehsalına başlayıb.

Dərman ixrac üçün istehsal olunacaq.

“Xarici peyvəndlər artıq Rusiyada istehsal olunur və “AstraZeneca” “R-Pharm”da ixrac müqavilələri əsasında istehsal olunur”, -  deyə ölkənin sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov bildirib.

“Daxili bazara gəldikdə, öz məhsullarımızla tam təmin olunmuşuq. Hər şey mümkündür, xüsusən də gələcəkdə, amma burada və indi, tələsik tələbatın fonunda, öz istehsal sahələrimizlə işləyirik”, - deyə o əlavə edib.

Şirkət “AstraZeneca”nın ilk partiyasını iyun ayında buraxmağı planlaşdırır və “R-Pharm”ın gücü ayda bir neçə yüz min doza vaksin istehsal etməyə imkan verir.

Mənbə: “RİA Novosti”