“Nar” qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri

mükafatlandırdı

23:57 17-09-2021 230

“Nar” ənənəsinə sadiq qalaraq bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarında ən
yüksək bal toplamış abituriyentləri mükafatlandırdı. Ən yüksək nəticə göstərmiş Əbil Şəfiyev (697,1
bal), Ayxan Kazımov (695,5 bal) və Kamil Əfəndiyevə (692,5 bal) mobil operator tərəfindən müasir
smartfonlar, “Nar” nömrələri və hədiyyə kartları təqdim edildi.
“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ilin uğurlu gəncləri ilə görüşüb və onlara gələcək
karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanlarında on minlərlə gənc arasında ən yaxşı üçlüyə
daxil olmağınız münasibətilə sizi təbrik edirəm! Bu böyük müvəffəqiyyət sizin zəhmətkeşliyinizin və
savadınızın göstəricisidir. İnanıram ki, bilik və bacarıqlarınızı daha da təkmilləşdirərək öz
ixtisasınızın peşəkarları olacaq və daha da böyük nailiyyətlər əldə edəcəksizin. Sizin kimi gənclərin
cəmiyyətin inkişafı və ölkənin tərəqqisi üçün çox faydalı işlər görəcəyinə əminəm”.
Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM
strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında
ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza
stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş
mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin
göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil
beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə
müştəri təcrübəsinə əsaslanıb.