Dünya Bankı “Doing Business” hesabatlarının hazırlanmasından imtina etdi

21:00 16-09-2021 14

Dünya Bankı ənənəvi “Doing Business” hesabatlarının hazırlanması təcrübəsindən imtina edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ötən illərdəki hesabatların hazırlanmasında ciddi səhvlərə yol verilməsi müvafiq qərarın qəbul edilməsini şərtləndirib.

Qeyd edək ki, sonuncu “Douing Business” hesabatında Azərbaycan ötən illə müqayisədə 6 pillə irəliləyərək 28-ci yeri tutub.