Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü

09:00 13-09-2021 24

Ağstafa rayonunda qətl hadisəsi olub.

“Report”un məlumatına görə, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.