Bakıya gələrkən saya oturan teploxodun hərəkəti bərpa edilib

10:45 07-09-2021 36

“VF Tanker - 7” teploxodu Xəzər dənizinin şimal hissəsində saydan çıxıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsindən xəbər verilib.

Məlumatda deyilir ki, teploxod sentyabrın 7-də saat 02:10-da Volqa-Xəzər gəmiçilik kanalının 158-ci kilometrində saydan çıxıb və təyinat limanına doğru hərəkətinə davam edir.

Qeyd edək ki, Həştərxan-Bakı marşrutu ilə gedən teploxod sentyabrın 3-də . Gəminin ekipajı 12 nəfərdir. Xəsarət alan olmayıb.

Kanal boyunca gəmilərin hərəkəti dayanmayıb.

Mənbə: “İnterfaks”