“Azər Türk Bank” loqosunu yeni dizaynda təqdim edir - FOTO

12:35 31-08-2021 24

Dövlət bankı “Azər Türk Bank” redizayn edərək loqotipini yeniləyib.

Dünyanın dizayn sahəsində bu gün qəbul edilən əsas meyarlarını nəzərə alan Bank sadə, lakonik, estetik baxımdan göz oxşayan yeni loqosunu rəsmi təqdim edir.

Qeyd edək ki, köhnə loqotipə əsaslı dəyişikliklər edilməsə də, məharətlə işlənərək daha ifadəli və yaddaqalan təsvir əldə edilib.

Yeni loqotip quruluş etibarilə ilk növbədə müasirliyi və digitallaşmanı özündə əks etdirir.
Aşağıdakı şəkillərdə “Azər Türk Bank”ın əsas loqotipi və sub-loqotipinin yenilənmə mərhələləri göstərilib.