Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi minatəmizləmə əməliyyatlarından yazdı - FOTO

10:40 31-08-2021 34

“Mənfur düşmənin Ağdamda hiyləgərcəsinə basdırdığı və Bərdə-Ağdam yolunun inşası zamanı tapılan minalar minatəmizləyən əməkdaşlarımızın misli görünməyən fədakarlığı nəticəsində təmizlənməkdədir!”

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter” hesabında etdiyi paylaşımda yazıb.

O, Bərdə-Ağdam yolunun minalardan təmizlənməsində göstərdikləri fədakarlığa görə ANAMA əməkdaşlarına təşəkkür etməyi də unutmayıb.

“Təşəkkürlər, ANAMA! Qürur duyuruq! Allah qorusun!”,- deyə Emin Hüseynov qeyd edib.