Ermənistan Vətən müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir

11:10 30-08-2021 11

Ermənistan əsir və girov götürdüyü azərbaycanlılara ağır işgəncələr verib. Azərbaycanın isə erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün atdığı addımlar humanizm prinsipinə əsaslanıb. 

milletinsesi.info xəbər verir ki, bunu Ermənistanın təcavüzü nəticəsində itkin düşən azərbaycanlılarla bağlı keçirilən konfransda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib ki, Ermənistan indiyədək Vətən müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.

S.Əliyeva erməni əsirliyində qayıtmış azərbaycanlıların ağır travmalar aldığını da vurğulayıb.