“Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir - FOTO/VİDEO

10:55 28-08-2021 26

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komandamızın ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib. Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.

Birinci və ikinci yerləri isə müvafiq olaraq Rusiya və Qazaxıstandan olan artilleriyaçılar qazanıblar.