Səudiyyə Ərəbistanı “Pagani”nin səhmlərini alıb

02:55 24-08-2021 36

Səudiyyə Ərəbistanının suveren fondu İtaliyanın superkar istehsalçısının səhmlərini əldə edib.

Motor.ru bildirir ki, artıq ərəblər “Pagani” səhmlərinin 30%-nə sahibdirlər.

Buna baxmayaraq, avtoistehsalçı şirkət üzərində nəzarətini saxlayacaq, səhm satşından qazanılan gəlir isə texnologiyaların inkişafına, eləcə də yeni “Pagani Arte” həyat tərzi istiqamətinin formalaşdırılmasına yönəldiləcək.

Qeyd edək ki, 1971-cil ildə yaradılmış Səudiyyə Ərəbistanı suveren fondunun aktivləri 430 milyard dollar həcmindədir.