“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyi

davam etdirir

16:29 20-08-2021 426

 

canli-kitab-2-900x600 (2)Ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Nar” “Canlı kitab”
sosial layihəsini davam etdirir. Bu günə qədər layihə çərçivəsində dünya və Azərbaycan
ədəbiyyatından 35 müəllifin 276 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube”
kanalında yerləşdirilib. “Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihənin məqsədi
mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan
etməkdir.

Davamlı yenilənən “Canlı kitab” kanalında müxtəlif janrlarda və həcmlərdə olan bədii
əsərləri asanlıqla dinləmək mümkündür. Bundan başqa, həftə sonları saat 12:00-dan
14:00-dək “Radio Antenn” 101 FM dalğasında “Canlı kitabı” birbaşa efirdə dinləmək
mümkündür. Yayım eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook”
səhifələrində aparılır.
“Canlı kitab” kanalını buradan izləyə bilərsiniz: youtube.com/c/CanlıKitab

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq
qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin
aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin
mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar”
ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin

müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin
göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri
üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq
metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.