Neft mədənində qəribə oğurluq cəhdi: Maşınları xarab oldu, hər şeyi atıb qaçdılar - FOTO/VİDEO

18:05 18-08-2021 20

Bakının Xəzər rayonunda qəribə oğurluq hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki bir qrup şəxs Hacı Zeynalabdin Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin ərazisindən iki ədəd mühərrik, generator, dəmir borular və müxtəlif metallar oğurlayıb avtomobilə yükləyərək uzaqlaşmağa çalışıb.

Lakin onlar bir qədər getdikdən sonra qəza törədiblər və nəticədə avtomobil xarab olub.

Yaxalanacaqlarından qorxan oğrular avtomobillərini elə yol kənarında qoyub qaçıblar. Neft sənayesinə aid obyektlərin təhlükəsizliyini təmin edən mühafizəçilər oğurlanan avadanlıqlarla dolu olan avtomobili aşkarlayaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır. Oğruların mədən ərazisində qanunsuz tikilən evlərdə yaşayan sakinlər olduğu bildirilir. 

Qeyd edək ki, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin mədən ərazilərində boş torpaq sahələrini zəbt etməklə qanunsuz tikilən evlər neft hasilatı prosesinə ciddi maneələr yaradır. Üstəlik bu cür evlərdə yaşayan insanlar oğurluğa cəhdlər edirlər ki, bu da neftin hasil edilməsi və nəqlində fasilələrin yaranmasına gətirib çıxarır.