Azərbaycan istehsalı olan maşınların sayı açıqlanıb - FOTO

16:50 18-08-2021 19

Azərbaycanda 2021-ci ilin yanvar-iyul aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.

milletinsesi.info-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 940 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 134 ədəd və ya 12,5 faiz azdır. Təkcə iyul ayında isə 145 ədəd minik avtomobili istehsal edilib.

Yeddi ay ərzində ölkəmizdə 407 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 302 ədəd və ya 3,9 dəfə çoxdur. Təkcə iyul ayında isə 111 ədəd traktor istehsal edilib.

Ümumilikdə isə 172,4 milyon manatlıq maşın və avadanlıqları, digər nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,8 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 71,3 faiz azalıb.

Nigar Məmmədova