Qazaxıstanda “Betmobil” fantastik qiymətə satışa çıxarılıb – FOTO

07:00 17-08-2021 37

Qazaxıstanın Temirtau şəhər sakini Yevgeni Bondarenko “Betmobil” hazırlayaraq onu satışa çıxarıb.

Müvafiq elan kolesa.kz portalında yerləşdirilib.

Portaldan avtomobilin satış platformasındakı ən bahalı nümunə olduğu bildirilib.

30 yaşlı Bondarenkonun sözlərinə görə, o, “Betmobil”i Ford yük avtomobili bazasında hazırlayıb. Bunun üçün avtomühəndisə üç il vaxt lazım olub.

Hazırda Bondarenko öz “əsərinə” görə 425 milyon tenqe (1.7 milyon manat) tələb edir.