“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı olacaq

23:39 13-08-2021 463

Nar-Zira-PFK press release

Gənclərə və idmana aid layihələr icra edən “Nar” və “Zirə” Peşəkar Futbol Klubu arasında
sponsorluq və əməkdaşlığa dair müqavilə imzalanıb. Artıq komandanın formasında, ev oyunlarının
keçirildiyi meydançanın kənarında “Nar” loqosunu görmək mümkün olacaq. Əsas məqsəd “Zirə” PFK-
ya dəstək olmaq, futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirməkdir.
Qeyd edək ki, “Zirə” Peşəkar Futbol Klubu 2014-cü ildə təsis edilib. “Qartallar” 1 dəfə Azərbaycan
Premyer Liqasının gümüş medallarına sahib olub, 1 dəfə isə ölkəmizi UEFA Avropa Liqasında təmsil
edib. Komanda elə ilk cəhddə avrokuboklarda mərhələ adlamağa nail olub.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş
həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda
ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.