Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq
Memorandumu imzalanıb

10:01 10-08-2021 307

dd9202b9-f7a9-4980-a9b6-20c0226123af01ff9708-284f-4d67-91ee-b0ec18fc0aa6 (1)fde5721e-a4a8-4adb-b052-133346febb26f61d31b9-5962-484f-ae3c-e309bad04644

4833cdc0-3b55-449c-afc2-03f5f030dc9572da92df-0bea-48f8-b0ee-4357a8f66585Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq
Memorandumu imzalanıb
Bakı Ali Neft Məktəbi (BANM) və “PAŞA Həyat Sığorta” ASC arasında
gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair
Memorandum imzalanıb. Tərəflər arasında əməkdaşlıq onların fəaliyyət
sahələri və səlahiyyətləri çərçivəsində olan məsələləri əhatə edir.
6 avqust 2021-ci il tarixində imzalanmış Memorandum təhsil sahəsində
qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, Ali Məktəbin
tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu
istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi
məqsədini daşıyır. Eyni zamanda, Ali Məktəbin tələbə kontingenti üçün
Şirkət tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının,
tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü
təcrübə proqramlarının təşkil olunması və şirkətin əməkdaşlarının Ali
Məktəbdə qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda
onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.
Memorandumda Şirkət tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus
tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, Ali
Məktəb tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və
tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata
keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində Ali Məktəb tələbələrinin
Şirkətin təşkilatçılığı ilə Şirkətin ofis binasına və ya başqa məkanlara
turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil
edilməsi də nəzərdə tutulur. Bütün bunlar “PAŞA Həyat”ın işə götürən
brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır.
Əməkdaşlıq sazişini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və
“PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov
imzalayıblar. Bu Memorandum müddətsiz olaraq bağlanılıb.
“Biz Azərbaycanın intellektual əsgərlərini yetişdiririk. “PAŞA Həyat Sığorta”