Azərbaycanda təmassız ödənişlərdən istifadə imkanı genişləndirilib - FOTO

14:05 04-08-2021 15

2021-ci ilin birinci yarısında kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilib.

milletinsesi.info-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, iyul ayının əvvəlinə ölkədə 2 867 bankomat, 60 381 ədəd POS-terminal mövcud olub.

Qeyd olunan göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz və 8,1 faiz artım müşahidə olunub. 2020-ci ilin eyni dövrünə nəzərən təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52,9 faizini təşkil etdiyi halda, 2021-ci ilin müvafiq dövrünə bu göstərici 64,9 faiz olub.

Ödəniş terminalların, o cümlədən bankomatların sayında da artım müşahidə olunur. İlin birinci yarımilinin sonuna banklar tərəfindən quraşdırılmış bankomatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 2 867, ödəniş terminallarının sayı isə 17 faiz artaraq 1 978 ədəd ədəd təşkil edir.

Nigar Məmmədova