Azərbaycan boksçusu Olimpiadada mükafatlandırıldı - FOTO

13:40 04-08-2021 17

Azərbaycan millisinin boksçusu Loren Alfonso Dominqesin mübarizə apardığı çəki dərəcəsində çempionun adı bəlli olub.

milletinsesi.info xəbər verir ki, 81 kq çəki dərəcəsində qalib adına kubalı Arlen Lopes yiyələnib.

Yarımfinalda Dominqesə qalib gələn boksçu finalda böyük britaniyalı Bencamin Uittakeri 4:1 hesabı ilə məğlub edib. O bununla da ardıcıl ikinci dəfə Olimpiya çempionu tituluna yiyələnib.

Bürünc medallara isə Alfonso ilə yanaşı, rusiyalı İmam Xatayev (Rusiya Olimpiya Komitəsi) sahib olub.

81 çəkidə final döyüşünün ardınca mükafatlandırma mərasimi keçirilib. Azərbaycan boksçusu Alfonso Dominqes də qazandığı bürünc medala yiyələnib.