Azərbaycan əsilli idmançı məşhur turnirdə növbəti döyüşünə çıxacaq

13:35 04-08-2021 15

Qırğızıstanı təmsil edən Azərbaycan əsilli MMA idmançısı Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirəcək.

milletinsesi.info-ın xəbərinə görə, Fiziyev UFC-265 turniri çərçivəsində Bobi Qrinlə qarşılaşacaq.

Bu görüş ABŞ-ın Hyuston şəhərində baş tutacaq. Turnir avqustun 8-də keçiriləcək.

Qeyd edək ki, “Ataman” ləqəbli Rafael Fiziyev indiyədək cəmi bir dəfə məğlub olub. Onun amerikalı rəqibi isə 27 görüşdə qalib gəlib, 11-də uduzub. Daha bir görüşü isə heç-heçə başa çatıb.

Səbuhi Musayev