Rafael Ağayevin Olimpiadadakı rəqibləri bilindi

13:25 04-08-2021 16

Azərbaycanlı karateçi Rafael Ağayevin Tokio Olimpiadasındakı rəqibləri müəyyənləşib.

milletinsesi.info-ın xəbərinə görə, beşqat dünya və onbirqat Avropa çempionumuz 75 kq çəki dərəcəsində B qrupunda mübarizə aparacaq.

Onun rəqibləri Luici Buza (İtaliya), Noa Bix (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurqanad Ajiqanovdur (Qazaxıstan). Görüşlər avqustun 6-da baş tutacaq.

Qeyd edək ki, qrupda ilk iki sıranı tutan idmançı yarımfinala vəsiqə qazanır və özünə bürünc medalı avtomatik təmin edir.

Səbuhi Musayev