Keçmiş məhkumdan “patı”, Qusar sakinindən isə çətənə kolu aşkarlandı - FOTO

12:50 04-08-2021 13

Ağdaşda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Elvin Həsənovun üzərində psixotrop maddə daşımasına dair polis şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin (“patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Elvin Həsənov əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunub.

Nazirliyin mətbuat xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı İmamqulukənd kəndinin sakini Roman Xəlilov saxlanılıb.

Həmin şəxsin yaşadığı Aşağı İmamqulukənd kəndindəki özünəməxsus bağ sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi xeyli sayda çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı istintaq aparılır.