Bakıda eldar şamlarının quruması ilə bağlı AÇIQLAMA - VİDEO

11:20 04-08-2021 14

Bakıda “Qırmızı kitab”a düşən Eldar şamı ağacları quruyur.

Bayılda, Mərdəkanda, Binəqədidə, Nərimanov və Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Məsələ ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən bildirilib ki, mütəxəssislər şam ağaclarının xəstəlikdən quruduğu qənaətinə gəliblər və qurumuş ağacların kökündən çıxarılaraq məhv edilməsi ilə bağlı qərar verilib.

Nazirlik əməkdaşı Mirsalam Qəmbərovun sözlərinə görə, ötən il Xəzər rayonunda 400-ə yaxın, Səbail rayonunda 208, Binəqədidə 69, Nərimanov rayonunda 65, Qaradağ rayonunda isə 1 508 ağac qiymətləndirilib və ağacların kökündən çıxarılmasına qərar verilib.

Komissiyanın qərarına görə, bu il Xəzər rayonu üzrə 131 Eldar şamı, həmçinin 2 sərv ağacı, Səbail rayonunda Bayıl yamacı və Şəhidlər xiyabanı istiqamətində 172 ağacın kəsilməsi üçün göstərişlər olduğu müəyyən edilib.

Daha ətraflı Baku TV-nin süjetində: