Lənkəranda məktəbin qəzalı transformator məntəqəsi YENİLƏNDİ - FOTO/VİDEO

10:15 04-08-2021 14

Lənkəranda təhsil müəssisəsinin qəzalı vəziyyətdə olan transformatorun yaratdığı təhlükə aradan qaldırılıb.

Bu barədə milletinsesi.info-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin həyətində olan transformator məntəqəsi Lənkəran Elektrik Şəbəkəsi tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilib:

“Transformator məntəqəsinin ətrafı müvafiq qaydada çəpərləndi. Ətrafdakı alaq otları təmizlənib və rənglənmə işləri aparılıb”.

Xatırladaq ki, bir neçə gün əvvəl Lənkəran şəhərində bir neçə təhsil müəssisəsində qoyulan transformatorların təhlükə saçdığı barədə məlumat vermişdik. 

Könül Cəfərli