Ötən gün 2 mindən çox şəxs toya buraxılmayıb: 71 nəfər cərimələnib

10:00 04-08-2021 13

Avqustun 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 276 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 224 şadlıq sarayını və 52 şəxsi həyətyanı sahədə keçirilən şənliyi əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 71 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2 119 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.