BVF dünya iqtisadiyyatının bərpası üçün rekord məbləğ – 650 milyard ayıracaq

07:00 04-08-2021 15

Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatın COVID-19 pandemiyası səbəbilə yaranmış böhran şəraitində bərpası üçün 456 milyard (650 milyard dollar ekvivalentində) həcmində xüsusi borcalma hüquqlarının (BVF-nin hesab vahidi SDR) ayrılmasını təsdiqləyib.

Bu barədə Beynəlxalq Valyuta Fondunun rəsmi saytında qeyd olunub.

“Bu tarixi qərardır - BVF tarixində ən böyük SDR ayrılması və böhran dövründə qlobal iqtisadiyyatı stimullaşdırmaqdır. SDR ayrılması bütün üzvlərə fayda verəcək, uzunmüddətli qlobal rezerv ehtiyaclarını qarşılayacaq, etimadı möhkəmləndirəcək və qlobal iqtisadiyyatın dayanıqlılığına və sabitliyinə töhfə verəcək”, - deyə qurumdan bildirilib.

Vəsaitlərin ayrılması qərarı 23 avqust 2021-ci ildə qüvvəyə minəcək.