Qaya parçasının altında qalmaqdan son anda qurtuldu – VİDEO

06:30 04-08-2021 11

Dağıstan sakini dağdan qopan qaya parçasının altında qalmaqdan son anda qurtulub.

“BAZA” “Telegram” kanalının məlumatına görə, hadisə Aqvali kəndində baş verib.

Bununla bağlı yayılan kadrlarda görünür ki, qəfil başlayan uçqun nəticəsində qopan qaya parçaları yük maşının önündən və arxasından düşür, daşlardan biri isə düz kəndlinin başı üzərindən keçir.