Nyu-Yorkda qapalı iaşə obyektlərinə yalnız peyvənd olunanlar buraxılacaq

03:00 04-08-2021 13

Nyu-Yorkda qapalı məkanlarda yerləşən kafe və restoran, idman salonları və əyləncə mərkəzlərinə giriş üçün COVID-pasport tələb olunacaq.

“TRT Haber” bildirir ki, müvafiq açıqlama ilə şəhər meri Bill de Blazio çıxış edib.

O, peyvənd tələbinin təkcə iaşə obyektlərinin əməkdaşları üçün deyil, həm də müştəriləri üçün tətbiq ediləcəyini qeyd edib.

Şəhər rəhbərinin sözlərinə görə, yeni qayda avqustun 16-dan qüvvəyə minəcək.