İsrailin Baş naziri: “İrana qarşı təkbaşına hərəkət edə bilərik”

02:35 04-08-2021 17

İsrailin Baş naziri Naftali Bennet ölkənin Silahlı Qüvvələrinin Şimal Komandanlığını ziyarəti gedişində iyulun 29-da İsrail gəmisinə hücumla bağlı açıqlamalar verib.

“TRT Haber” bildirir ki, hökumət başçısı hucumun İran tərəfindən həyata keçirildiyini bir daha bəyan edərək, bu ölkəyə qarşı cavab addımlarında təkbaşına hərəkət edə biləcəklərini də vurğulayıb.

“Bu məsələdə bütün dünyanı bir araya gətirmək üçün çalışırıq, amma təkbaşına da hərəkət edə bilərik”, -deyə baş nazir bildirib.

Qeyd edək ki, israilli iş adamı Eyal Oferin sahibi olduğu İngiltərə mərkəzli “Zodiac Maritime” dənizçilik şirkətinə məxsus “M/T Mercer Street” gəmisi iyunun 29-da Tanzaniyadan BƏƏ-yə gedərkən Hind okeanında hücuma məruz qalıb. İnsident nəticəsində iki nəfər heyət üzvü həlak olub.

İsrail hökuməti baş verənlərdə İranı ittiham etsə də, qonşu ölkənin rəsmiləri bütün iddiaları rədd edib.