“Qarabağ” yeni transferi ilə müqavilənin müddətini açıqlayıb - FOTO

01:50 04-08-2021 17

“Qarabağ” yeni transfer etdiyi ispaniyalı Qaspar Panadero Samora ilə 3 illik müqavilə imzalayıb.

Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı vinger yeni komandasında “17” nömrəli formanı geyinəcək.

Qaspar İspaniyanın “Almeriya”, “Kadis”, “Ponferradina” klublarında çıxış edib. O, İspaniyanın U-18 və U-19 yığmalarının da üzvü olub.