HİK-in baş məşqçisi: “Yorğunluq öz sözünü dedi, iki qol buraxdıq”

23:25 03-08-2021 14

“Oyun gözlədiyimiz kimi keçdi. Məncə, yaxşı oyun alındı".

milletinsesi.info xəbər verir ki, bunu Finlandiyanın HİK komandasının baş məşqçisi Toni Koskela deyib.

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” - HİK (Finlandiya) oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi fikirlərini bildirib: 

“Neftçi” “Olimpiakos”a qarşı necə oynamışdısa, bizə qarşı da elə oynadı. Ümid edirdim ki, heç qol buraxmayacağıq. İlk 25-30 dəqiqədə yaxşı oynadıq. Ancaq bundan sonra yorğunluq öz sözünü dedi, iki qol buraxdıq.

2:2 hesabı bizim üçün qənaətbəxş nəticədir. Çünki cavab oyunu Helsinkidə, bizim öyrəşdiyimiz süni örtüklü meydançada keçiriləcək”.

Səbuhi Musayev