UEFA İngiltərəyə qarşı intizam işi açıb

20:20 03-08-2021 15

UEFA İngiltərə Futbol Federasiyasına qarşı intizam işi açıb.

Bu barədə sports.ru xəbər yayıb.

Məlumata görə, Avropa futbol qurumu AVRO-2020-nin final qarşılaşmasının təşkilindən narazı qalıb.

Bildirilib ki, milli federasiya İngiltərə-İtaliya qarşılaşması zamanı azarkeşlərin intizamsız davranışlarına görə məsuliyyətə cəlb oluna bilər.

Qeyd edək ki, həlledici matçın gedişində bir qrup biletsiz azarkeş “Uembli”yə daxil olaraq çaxnaşma yaradıb. İnsident 50-yə yaxın şəxsin həbsi və bir sıra tamaşaçıların xəsarət alması ilə nəticələnib.