Türkiyə milli gimnastika tarixində ilk dəfə Olimpiya medalı qazandı

17:50 03-08-2021 12

Türkiyəli idmançı Fərhad Arıcan qardaş ölkəyə milli gimnastika tarixində ilk dəfə Olimpiya Oyunlarının medalını qazandırıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İdmançı paralel qollarda kişilər arasında üçüncü pillənin sahibi olub. Türkiyəli idmançı final mərhələsində 15,663 bal toplayıb.

Bu növdə qızıl medalı çinli gimnast Tszou Tszinyuan (16,223 bal), gümüş medalı isə almaniyalı Lukas Dauzer (15,700 bal) qazanıb.