Gömrük nəzərdə tutulandan 287 milyon manat çox ödəniş yığıb - RƏSMİ + FOTO

16:25 03-08-2021 15

“Dövlət Gömrük Komitəsi cari ilin yanvar-iyul ayları üzrə nəzərdə tutulun büdcə öhdəliyinə 113,44 faiz əməl edib”.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb.

O bildirib ki, nəzərdə tutulan proqnozdan əlavə 287,14 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.