“Expressbank”ın “Expresso” kartlarını indi tam pulsuz əldə etmək mümkündür

14:45 03-08-2021 12

Hamının sevimlisinə çevrilmiş “Expressbank”ın “Expresso” kartlarını indi ilkin mədaxil ilə tam pulsuz əldə etmək mümkündür. Belə ki, müştərilər hesablarına minimum 250 AZN ilkin mədaxil etməklə “Expresso Standard”, 500 AZN ilkin mədaxil etməklə “Expresso Gold” və 1000 AZN ilkin mədaxil etməklə “Expresso Platinum” kartını pulsuz əldə edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istədiyi formada istifadə edə bilər.

“Expresso” kartlarının aşağıdakı üstünlükləri mövcuddur:

1. Dörd ilədək istifadə müddəti

2. 30%-ə qədər “cashback” imkanı

3. Kartın debet qalığına 5 %-dək illik gəlir imkanı

4. Təmassız ödəniş – Pin kod daxil etmədən ödəniş etmək imkanı

5. SMS məlumatlandırma xidməti – pulsuz

6. “Expressbank”ın ATM-lərindən nağdlaşdırılma zamanı komissiya - 0%  

7. “Expresspay” terminalları vasitəsi ilə karta mədaxil

8. “Express24” mobil tətbiqi vasitəsilə banka getmədən istənilən vaxt bank əməliyyatlarının icrası

Əlavə olaraq, “Expresso Platinum Visa” kart sahibləri “Lounge key” xidmətindən də istifadə edə biləcəklər. Bu xidmət dünyanın bir çox hava limanlarında sadəcə kartı göstərməklə “Biznes lounge” zallarına pulsuz daxil olmağa imkan verir.

Eyni zamanda xarici valyutada kart əldə etmək istəyən müştərilər hesablarına minimum 150 USD /100 EUR /100 GBP ilkin mədaxil etməklə “Expresso Standard”, 300 USD / 200 EUR / 200 GBP ilkin mədaxil etməklə “Expresso Gold”, 600 USD / 400 EUR / 400 GBP ilkin mədaxil etməklə isə “Expresso Platinum” kartını pulsuz əldə edə bilərlər.

Siz də bütün bu imkanlardan yararlanmaq üçün istənilən “Expressbank” filialına yaxınlaşa və ya saytımızdan https://www.expressbank.az/cards/expresso onlayn qaydada kartınızı sifariş edə bilərsiniz.