Yükdaşımalarda REKORD göstərici

14:10 03-08-2021 12

Bu ilin yeddi ayı ərzində Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çox konteyner daşınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəməsi olan “ADY Konteyner” MMC-dən milletinsesi.info-a verilən məlumata əsasən, bu dövr ərzində 13 610 TEU konteyner daşınıb.

Bu ilin iyul ayı üzrə göstəricilərdə də müsbət dinamika müşahidə olunur. Ötən ay 2020-ci ilin iyul ayı ilə müqayisədə BTQ ilə daşınan konteynerlərin sayında 109 faiz artım qeydə alınıb. 

Qeyd edək ki, bu ilin yeddi ayı ərzində daşınan 13 610 TEU  konteynerdən 92 faizini tranzit yükdaşımaları təşkil edir.