Dünya çempionu “Yuventus”la yeni müqaviləyə imza atdı

11:45 03-08-2021 18

İtaliyanın “Yuventus” klubu Corco Kyellini ilə yeni müqaviləyə imza atıb.

Bu barədə “Yuventus” klubunun rəsmi “Twitter” səhifəsi məlumat yayıb.

36 yaşlı müdafiəçi 2023-cü ilə qədər “Qoca senyora”nın formasını geyinəcək.

Xatırladaq ki, Corco Kyellininin “Yuventus”la əvvəlki müqaviləsi iyunun 30-da başa çatmışdı və futbolçunun karyerasını başqa klubda davam etdirəcəyi barədə müxtəlif söz-söhbətlər gəzirdi.