Türkmənistan prezidenti reaktiv qırıcını sınaqdan keçirdi - VİDEO

05:00 03-08-2021 20

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Balkan vilayətinə səfəri zamanı döyüş təyyarəsini sınaqdan keçirib.

Bu barədə tengrinews.kz xəbər verib.

Məlumata görə, dövlət başçısının idarə etdiyi səsdən sürətli təyyarə müasir turbojet mühərrikləri ilə təchiz edilib. Uçuş məsafəsi 2 min kilometr, maksimum hündürlüyü 13 min 700 metrdir.

Enişdən sonra Müdafiə Nazirliyinin rəhbəri uçuş zamanı geyindiyi formanı Berdıməhəmmədovun babası adına məktəbin muzeyinə təhvil verməsini xahiş edib.