Güləşçimizin Olimpiadadakı rəqibi müəyyənləşdi

11:45 02-08-2021 19

Sabah Olimpiadada güləş yarışlarında daha üç çəki üzrə mübarizəyə start veriləcək.

milletinsesi.info xəbər verir ki, bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib.

Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Qreqoriçlə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) – Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.

Qeyd edək ki, 87 kq-ın görüşləri C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.