Məşhur azərbaycanlı aktrisa ailə qurmağa hazırlaşır

04:30 02-08-2021 23

Türkiyənin tanınmış aktrisalarından biri olan Nəsrin Cavadzadə evlilik təklifi alıb.

Bu barədə “Takvim” məlumat yayıb.

Məlumata görə, aktrisaya onunla evlənməyi xeyli müddətdir birlikdə yaşadığı həmkarı Gökhan Alkan təklif edib.

Alkan Datçadakı hotellərin birində süfrə açaraq, ailə üzvləri və yaxınlarını masa başına toplayıb.

Ziyafət zamanı o, Nəsrinə ailə qurmaq təklifini edib. 39 yaşlı aktrisa ağlaya-ağlaya “hə” deyib.