Azərbaycanlı rejissorun filmi ABŞ-da ən yaxşı seçildi - VİDEO

20:20 01-08-2021 27

ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov “Let Me Run” qısametrajlı filmi ilə növbəti uğura imza atıb.

Bu barədə milletinsesi.info-a açıqlama verən rejissor bildirib ki, “Action On Film” beynəlxalq film festivalının 2020-ci il üçün olan nəticələri COVID-19 pandemiyası səbəbindən 2021-ci ildə elan edilib.

Festival ABŞ-ın Las-Veqas şəhərində 26 iyul – 1 avqust 2021-ci il tarixlərində təşkil olunub.

“Ən yaxşı qısametrajlı real hekayə” kateqoriyasının qalibi Elmar Bayramovun müəllifi olduğu film seçilib.