Göygöldə iki qardaş bıçaqlanıb

01:45 01-08-2021 27

Göygöl rayonunda iki qardaşa bıçaqla xəsarət yetirilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Quşqara kəndində fəaliyyət göstərən kafelərin birində olub.

Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Sənan Dəmir oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü İsmayılov Əkbər bıçaq xəsarəti alıb. Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

S.İsmayılovun xəsarəti daha ciddidir. Faktla bağlı araşdırmalara başlanılıb.