Özünü təyyarəyə kleyləyən paralimpiyaçıya hökm oxundu - FOTO

05:30 31-07-2021 18

Böyük Britaniyada Andlılar məhkəməsi özünü “British Airways” şirkətinin təyyarəsinə yapışdıran Paralimpiya qızıl medalçısı Ceyms Braunu təqsirli bilib.

Bu barədə “Unilad” xəbər verib.

Qeyd edək ki, ikiqat qızıl medal mükafatçısı olan Braun Amsterdama uçmalı olan təyyarənin üstündə bir saat qalıb. O, bu aksiyası ilə iqlim böhranına etirazını bildirib.

Məlumata görə, əvvəlcə təyyarənin üstünə çıxan idmançı sağ əlini laynerə kleyləyib, sonra bağlanmaması üçün cib telefonunu qapıya salıb. O, etiraz aksiyasını “Facebook”da canlı yayımlayıb.

İdmançını təyyarədən düşürə bilmək üçün xilasedicilər çağırılıb. Aktivist təyyarədən düşən kimi həbs olunub. Belə ki, onun bu tədbirinə görə 300-dən artıq sərnişin səfərini dayandırmalı olub, bu isə şirkətə 40 min funt sterlinqə (94,9 min manata) başa gəlib.

Məhkəmədə Braun cəmiyyətə narahatlıq verdiyi barədə ittihamları rədd etsə də, bir saatlıq müzakirədən sonra o, təqsirli bilinib.

Qeyd edək ki, göz problemi olan 56 yaşlı idmançı 1984-cü ildə Böyük Britaniyanı veloidmanda və yüngül atletikada təmsil edib. Sonra o, İrlandiya komandasına keçib, həmçinin dağ-xizək yarışlarında iştirak etmək üçün idman sahəsini dəyişib.