Çində metronu yenə su basdı - VİDEO

03:30 31-07-2021 19

Yenidən güclü yağışın əsarətinə düşən Çinin Quançjou şəhərindəki “Şençjoulu” stansiyası suya qərq olub.

Bu barədə RT kadrlar yayıb.

Şahidlər fəlakətin nəticələrinin görüntülərini sosial şəbəkələrdə yerləşdirirlər. Bildirilir ki, metro stansiyası xidmət göstərmir, sərnişinlər isə təhlükəsiz şəkildə təxliyə edilib.

Xatırladaq ki, bundan əvvəl yağan güclü yağışlar Henan əyalətində metronu basmışdı. İnsanlar sinələrinə qədər suyun içində qalmışdılar.