Yeni QHT qeydiyyata alınıb

23:01 30-07-2021 477

Artıq bir çox uğurları  ilə məhşurlaşan “Sizi Tanıyaq”layihəsi bu gündən sonra "İstedadları Tanıyaq və Tanıdaq"  İctimai Birliyi kimi fəaliyyətini davam etdirəcək.

 
“Uzunmüddətli fəaliyyətimizi izləyib əməyimizə dəyər verən və ictimai birliyimizin qeydə alınmasında əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk"- İctimai birliyin sədri, AFİA.AZ saytının redaktoru V. Qələndərli qeyd edib. O bildirib  ki,  İstedadlı uşaqları, gəncləri cəmiyyətə tanıtmaq, onlara vətənpərvərlik ruhunu və özgüvən hissi aşılamaq gözəl və müqəddəs işdir.Bu yolda uzun və yaddaşlarda qalan bir yol keçdik.  İctimai Birliyin bundan sonra da  əsas missiyası Azərbaycanda gənc istedadları üzə çıxartmaq, mədəni irsinin qorunmasına, inkişafına və təşviqinə  yeni yol açılmasına xidmət edəcək.
 
Qeyd edək ki, bu günə qədər “Sizi Tanıyaq” layihəsi üzrə müxtəlif istiqamətlərdə keçirilən nominasiyalar üzrə mükafatlar təsis edilmişdir.