Çətirini heç cür ram edə bilməyən Boris Conson şahzadəni güldürdü - VİDEO

02:35 30-07-2021 20

Britaniyanın Baş naziri Boris Conson Staffordşir qraflığında həlak olan polislərin xatirəsinə  keçirilən mərasimdə insanları güldürüb. Məsələ burasındadır ki, Kabinet rəhbəri uzun müddət çətirlə bacarmayıb, sonda isə çətir tərsinə açılıb.

Bu barədə “RİA Novosti” görüntülər paylaşıb.

Kadrlarda ətrafdakıların gülüşünə səbəb olan hadisəyə şahzadə Çarlzın da emosiyalarını saxlaya bilmədiyi görünür.

Qeyd edək ki, bu, Baş nazirin çətirlə ilk “macərası” deyil. Bundan əvvəl tədbirlərin birində hökumət başçısı çətirini elə tutmuşdu ki, tamamilə islanmışdı.