BMT-dən Yer üçün təhlükəli olan asteroidlər barədə xəbərdarlıq

04:30 29-07-2021 19

Bu günə qədər Yerin orbitini keçən və böyük olan 25 000-dən artıq asteroidlər, kometlər məlumdur, ancaq bəşəriyyət bunlardan bəziləri haqqında məlumatlıdır.

Bu barədə BMT-nin Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin (COPUOS) elmi və texniki alt komitəsinin saytında dərc olunan hesabatda deyilir.

“Hesablamalara görə, Yer kürəsinə yaxınlaşan əhəmiyyətli ölçüdə olan obyektlərin yalnız 40 faizi qeydə alınıb”, - deyə hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, 2020-ci ildə 40-dan çox ölkədə yerləşən dünya miqyaslı astronomik rəsədxanalar şəbəkəsi, təxminən 39,5 milyon asteroid və kometanın müşahidələrinə dair qeydlər toplayıb. 17 aprel 2021-ci il tarixinə qədər elm adamları Yer kürəsinə yaxınlaşan 25647 səma cismi barədə məlumatlı idilər. 2020-ci ildə isə 2959 belə obyekt tapılıb ki, bu da rekord göstəricidir.