Çoxdan fikirləşdiyi atışı bir saniyəyə icra edib öldü - ANBAAN VİDEO

02:00 29-07-2021 20

Rusiyada yaşlı kişi təlimatçısının gözü qarşısında intihar edib.

“BAZA” “Telegram” kanalının məlumatına görə, hadisə Novosibirskdə atıcılıq klubunda baş verib.

Bildirilir ki, özünə qəsd edən şəxs Serqey adlı 59 yaşlı yerli sakindir. O, kluba gələrək atıcıqla məşğul olmaq istədiyini deyib. Klubun qaydalarına əsasən hər kəs silah əldə edə bilər, ancaq təlimatçının rəhbərliyi altında atəş açmalıdır.

Kadrlarda kişinin hədəfə bir neçə dəfə atəş açdığı, sonra isə silahı çənəsinin altına dayayaraq intihar etdiyi görünür. Hər şey o qədər sürətlə baş verir ki, klub işçisi reaksiya verməyə sadəcə imkan tapmır.

Versiyalardan birinə görə, Serqey ağır xəstə olub.

Hadisə ilə bağlı istintaqa başlanılıb.